Yuxarı

Altı hərbçimizə general rütbəsi təqdim olundu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Altı hərbçimizə general rütbəsi təqdim olundu - Video

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamına əsasən ali hərbi rütbələr verilən Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Nazirliyin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı və Müdafiə nazirinin müvafiq əmri təntənəli şəraitdə oxunduqdan sonra hərbi qulluqçulara ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib.

Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran Müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 24-də imzaladığı sərəncamla Azərbaycan Ordusunun 6 polkovnikinə - Qədir Əşrəf oğlu Nəsibova, Rasim Rza oğlu Babayevə, Vüqar Əfqan oğlu Əliverdiyevə, Polad İsrayıl oğlu Həşimova, İlqar Zakir oğlu Lətifova və Məhəmməd Kərim oğlu Həsənova general-mayor rütbəsi verilib. Bundan əlavə, iki general-mayora - Fuad Nadir oğlu Məmmədov və Zahid İbrahim oğlu Hüseynova isə general-leytenant ali hərbi rütbəsi verilib.

Tarix
2019.06.25 / 22:52
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla