Yuxarı

Oğurlanan pullar camaatın cibindən çıxarılır - Həsənquliyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğurlanan pullar camaatın cibindən çıxarılır - Həsənquliyev

Ötən gün bəlli oldu ki, Ukraynanın yeni seçilmiş prezidentinin 12 727 qrivna, yəni 819 manat olan aylıq məvacibi inanılmaz dərəcədə aşağıdır. Belə çıxır ki, Azərbaycanda nəinki mərkəzi icra hakimiyyəti orqanında çalışan, hətta yerli icra hakimiyyətindəki bəzi məmurlarımız Zelenskidən çox maaş alırlar.

Əslində bu cür məbləğ Ukraynada korrupsiyanın mövcud durumunu əks etdirmirmi? Yüksək məvacib insanın tərbiyə olunmasında, gözütox olmasında həlledici amildirmi? Görəsən, Zelenski bu maaşla ölkəni total korrupsiya bataqlığından xilas edə biləcəkmi?

Axar.az xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında bildirib ki, populizmlə uzağa getmək olmaz:

"Korrupsiyaya qarşı effektiv mübarizə aparmaq üçün hakimiyyət təmsilçilərinə onların layiqli həyatını təmin edəcək qədər məvacib verilməlidir. Əks halda məmurlar nəzarətedici orqanların əməkdaşları ilə cinayət əlaqəsinə girib büdcə vəsaitlərini oğurlayaraq, biznes adamlarını soyacaqlar. Ola bilsin ki, Zelenski o maaşla yaşasın, amma ətrafı talançılıqla məşğul olacaq. Elçibəy nümunəsi göz önündədir.

Korrupsiyanın tüğyan etdiyi ölkədə isə iqtisadi inkişafdan və qanunun aliliyindən söhbət gedə bilməz. Populizmlə uzağa getmək olmaz. Korrupsiyanın qarşısının alınması üçün Sinqapur təcrübəsi öyrənilməlidir. Məmurun maaşından edilən qənaətdən milyon dəfələrlə artığı oğurlanacaq. Oğurlanan pullar isə camaatın cibindən çıxarılır, əlavə ağırlaşdırıcı təsiri isə mənəviyyat pozulur, iqtisadiyyat inkişafdan qalır. Məmurların maaşının qaldırılmasına qarşı çıxanlar bu sadə həqiqəti dərk edə bilsələr yaxşı olar".

Tarix
2019.06.26 / 10:10
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Azərbaycan İrana uçuşları dayandırıb?

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla