Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Noyabr 2019


Kəmaləddin Heydərov və Bakı meri yanğın ərazisində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:40

Zığ şosesində fərdi yaşayış evləri yanır.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb.

Yanğın baş verəndən dərhal sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Daxili İşlər, Səhiyyə nazirlikləri,, Baş Prokururluq, Azərsu, Azərişıq, Bakı Şəhər İcra Hakimiyyətii və digər aidiyyəti qurumların nümayəndələti hadisə yerinə cəlb olunublar. Birgə səylər nəticəsində qısa zamanda yanğın söndürülüb, insan tələfatına yol verilməyib.

***

Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğının baş verdiyi əraziyə gəliblər.

Yanğınla bağlı qərargah yaradılıb. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlama verib.

Nazir bildirib ki, ilkin versiyaya görə yanğın quru otdan başlayıb: “Bir neçə evin dam örtüyünə zərər dəyib. Xəsarət alan, yaralanan yoxdur. Altı hektar boş ərazidir. Buranın çoxu özəl və baxılmayan ərazilərdir. Nə vaxtsa alınıb, amma heç bir təhlükəsizlik, suvarma tədbirləri görülməyib. Yay aylarında quru otdan yanğınlar olur və bunu böyük faciə kimi qəbul etmək lazım deyil".

K.Heydərov qeyd edib ki, bu hadisənin səbəbləri araşdırılacaq: "Kameralarda, yəqin ki, var. Əgər təxribat deyilsə, adi yanğın hadisəsidir. İnsanlar diqqətli olmalıdır".

Tarix
2019.06.26 / 15:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İcra başçısı şəhid ailəsinin evində - Foto

Bərdədə 28 yaşlı kişi vəhşicəsinə döyüldü

ABŞ Rusiyaya buna görə 4 milyard ödədi

Psixoloqdan uşaqlarla bağlı həyəcan təbili – Video

BDU-nun bütün əməkdaşlarına 500 manat veriləcək

Bizə daha zay yemək yedirdilməlidir – Millət vəkili

Bakıda gecə yanğını: FHN 77 nəfəri xilas etdi - Foto

Heydər Əliyev Fondu Tağıyevin evini təmir etdirir

Sabah bu ərazilərə qar yağacaq

Başçı şikayətləri dinlədi, dərhal tapşırıq verdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla