Yuxarı

Milyonluq saatı əlindən alınan gənc kimin oğludur? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:58

İspaniyanın İbiza kurortunda 22 yaşlı Azərbaycan vətəndaşının 1 milyon funt sterlinq dəyərində saatı oğurlanıb.

Axar.az xəbər verir ki, hadisə ilə bağlı İngiltərənin “Deyli Meyl” nəşri yazıb.

Məlumatda qeyd olunub ki, adada yaxın dostu ilə gəzintiyə çıxmış həmin gəncin qarşısını kəsən quldur qolundakı “Richard Mille 50-03 McLaren F1” markalı saatını əlindən alaraq qaçıb.

Azərbaycanlı hadisə ilə bağlı polisə müraciət edib.

Sosial şəbəkələrdə isə saatı oğurlanan gəncin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli olduğu barədə iddialar səsləndirilməkdədir.

Bununla bağlı AAYDA açıqlama yayıb.

Açıqlamada deyilir:

"Ötən gün bəzi xarici media resurslarında İspaniyanın İbiza şəhərində 22 yaşlı Azərbaycanlı turistin 1 milyon funt sterlinq dəyərində saatının oğurlanması barədə məlumat yayaılıb. Bu məlumatdan dərhal sonra ölkənin daxili və xarici siyasətinə, aparılan sosiyalyönümlü islahatlara kölgə salmaq məqsədi ilə mütamadi olaraq iqtidara, iqtidarın vəzifəli şəxslərinə və ailələrinə qarşı sifarişli, yalan və böhtan dolu məlumatlar yayan müxalifyönlü qüvvələr bu gəncin guya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğıu Sübhan Məmmədlinin olduğu barədə yalan məlumatlar yaymışlar.

Bu yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Belə ki, Sübhan Məmmədli İspaniyanın İbiza şəhərində olmamış, Londondakı “Kings College”də təhsil almamışdır. Bu məlumatları asanlıqla dəqiqləşdirmək mümkündür.

Göründüyü kimi bu, müxalifyönlü qüvvələrin iqtidarı təmsil edən vəzifəli şəxslərlə bağlı şər və böhtan dolu məlumatlar yaymaqla ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi çirkin oyunlardan növbətisidir".

Qeyd edək ki, “Richard Mille” dünyanın ən tanınmış brendlərindən biridir. Sözügedən modeldən cəmi 75 ədəd buraxılıb.

Tarix
2019.06.27 / 13:32
Müəllif
Mahir, Nigar
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla