Yuxarı

Bakıda dönərdən zəhərlənmə ilə bağlı cinayət işi başlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər prokurorluğunun dönərdən zəhərlənmə hadisəsi ilə bağlı məlumat yayıb.

Axar.az-a daxil olan məlumatda bildirilib ki, iyunun 25-də 20 nəfər Bakı şəhər sakini “qida zəhərlənməsi” diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər qeyd edilən tarixdə paytaxtın Xətai rayonu, Babək prospekti 65 ünvanda yerləşən maşın bazarında fəaliyyət göstərən “Qədir xum” adlı dönərxanadan dönər alıb yedikdən sonra səhhətlərində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət ediblər.

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birlikdə dönərxanaya baxış keçirilib, nümunələr götürülərək laborator müayinəsinə göndərilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Tarix
2019.06.27 / 11:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskipara sakinləri narahatdır: Getmək istəmirik - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla