Yuxarı

Bu məkanlar UNESKO-nun siyahısına salına bilər - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz gözləyirik ki, UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasından sonra Azərbaycan yeni məkanların Dünya İrs Siyahısının nominasiyasına hazırlanma prosesini sürətləndirəcək və biz yeni nominasiyalarla çıxış edəcəyik. Əminəm ki, sessiya zamanı əldə olunacaq təcrübə Azərbaycanın mədəni irsinin qorunması sahəsində fövqəladə əhəmiyyətə malik olacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.

Yeni məkanların hansılar olacağına dair sualı cavablandıran nazir deyib:

“Bilirsiniz ki, biz hal-hazırda çox ciddi şəkildə Şəkinin üzərində işləyirik. Söhbət Xan sarayı ilə Şəkinin birlikdə götürülmüş qədim hissəsindən gedir. Bakıda, sessiyada bu məsələ müzakirə olunacaq. Biz ümidvarıq ki, müsbət nəticə əldə olunacaq. Bir neçə variant var. Bəzi nöqsanları aradan qaldırandan sonra yenidən bu məsələyə baxılması məsələsi var. Lakin biz çalışacağıq ki, məsələ müsbət həll olunsun.

Yeni məkanlardan digəri Hirkan meşələridir. Hal-hazırda bununla bağlı İranın nominasiyası nəzərdə tutulub. Hesab edirik ki, biz onlara qoşulmalı və vahid bir məkan kimi təqdim etməliyik. Bu, gələcəyə aid bir məsələdir. Bundan başqa Naxçıvan türbələrini də biz nəzərdə tutmuşuq. Bunlar hazırda normal və hazır vəziyyətdədir. Onların elmi cəhətdən əsaslandırılması prosesi getməldir. Düşünürəm ki, Azərbaycanın kifayət qədər böyük potensialı var. Bizim bir nominsiya artıq nominant kimi, namizəd kimi müzakirəyə təqdim olunub. UNESKO-nun müsbət cavabı gəldikdən sonra biz onların adlarını açıqlayacağıq”.

Tarix
2019.06.27 / 12:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla