Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Noyabr 2019


Azərbaycanda ilk: görmə imkanları məhdud şəxslər üçün...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin sifarişi ilə “Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin hazırladığı “Danışan kitab” saytının və mobil tətbiqetmənin təqdimat mərasimi keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov “Danışan kitab”ın görmə imkanları məhdud uşaqlar üçün əhəmiyyətli olduğunu bildirərək, belə layihələrin ardıcıl olaraq davam etdiriləcəyini və gələcəkdə böyüklər üçün də belə tətbiqlərin hazırlanacağını söyləyib.

Daha sonra çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov belə bir proqrama böyük ehtiyac olduğunu vurğulayaraq, layihəyə dəstək verməyə hər zaman hazır olduğunu bildirib.

“Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin icraçı direktoru Elxan Mərdanlı isə layihənin daha da inkişaf etdirilməsi üçün ölkəmizdəki mobil operatorları da əməkdaşlığa dəvət edib.

“Azərbaycanda ilk dəfə olaraq səsli və toxunaraq idarə olunan və pulsuz istifadə edilən mobil tətbiq hazırladıq ki, görmə imkanları məhdud insanlar heç kimin köməyi olmadan bundan rahat şəkildə istifadə edə bilsinlər”, - o qeyd edib.

Tarix
2019.06.27 / 13:18
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Meydan hərəkatı nəyi sübut etdi? – Akademikin şərhi

Azərbaycan mətbəxi Parisdə nümayiş olunur - Foto

Aeroport yolunda ağır qəza: 4 nəfər öldü

Qazaxda qəza: 350 abonent qazsız qaldı

Kiyevdə Azərbaycan diasporu ilə bağlı vacib müzakirə

Yeni başçı bacısı oğluna vəzifə verdi

İlkin araşdırmalar Müsavatı silkələdi, ardınca isə...

Sabahın hava proqnozu açıqlandı

Deputata növbəti ağır itki: Bu dəfə...

Ermənilər cəbhə xəttini atəşə tutdu

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla