Yuxarı

Uşaq pulu həll edilsin və... serial çəkilsin – Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son aylar hökumət sosial sahədə müəyyən addımlar atıb, bir sıra istiqamətlər üzrə əmək haqları qaldırılıb, minimum əmək haqqı 250 manat olub. Bunlar müsbət addımlardır.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Həsənquliyev əlavə edib ki, bəzi destruktiv qüvvələrin bu artımdan sonra inflyasiya və ya devalvasiya olacağı haqqında iddiaları əsassızdır.

Deputat hökuməti növbəti addımlar atmağa dəvət edib:

“Hesab edirəm ki, növbəti ildən uşaq pulu məsələsi həll edilməli, habelə prokurorluq orqanlarının əməkdaşlarının əmək haqları da artırılmalıdır. Korrupsiyaya qarşı effektiv mübarizə aparmaq üçün dövlət hakimiyyət orqanlarının təmsilçilərinə layiqli əmək haqqı verilməlidir. Prezidentin 3 aprel fərmanında qeyd edilir ki, hüquqi islahatlar dərinləşdirilməlidir. Biz həm də çalışmalıyıq ki, hüquqi maarifçilik işi aparılsın. Əgər televiziyalarda hüquqi verilişlər aparılsa, buna məhdud sayda insan baxacaq. Qərbdə bunun yolunu tapıblar. Daha çox bu məqsədlə seriallar çəkilir. İnsanlar bu seriala baxmaqla həm əylənirlər, həm də hüququ prosedurları öyrənirlər. Biz ola bilsin ki, o səviyyədə seriallar çəkə bilmərik. Ancaq ən azından belə seriallar tərcümə edilə bilər”.

Tarix
2019.06.27 / 13:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla