Yuxarı

Azərbaycanda şöbə müdiri yol qəzasında öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda şöbə müdiri yol qəzasında öldü

15:50

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Report xəbər verir ki, hadisə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb.

Belə ki, "Lada Priora" və VAZ-21015 markalı minik avtomobilləri toqquşub. Nəticədə 2 qadının hadisə yerində öldüyü və onların meyitlərinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verdiyi bildirilib.

Eyni zamanda 4 yaralı xəstəxanaya yerləşdirilib.

***

Biləsuvar rayonunda baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub.

Belə ki, rayonun İsmətli kənd sakini, 1996-ci il təvəllüdlü Məmmədov Asim Rasim oğlunun idarə etdiyi VAZ-21015 markalı avtomobil həmkəndlisi, 1955-ci il təvəllüdlü Şakir İnşallah oğlu Dövlətovun idarə etdiyi “Lada Priora” markalı avtomobillə toqquşub.

Nəticədə rayon sakinləri - VAZ-21015 markalı avtomobildə olan 1944-cü il təvəllüdlü Şükufə Qəhrəman qızı Tağıyeva və 1961-ci il təvəllüdlü Hüseynova Güllübəyim Mehdi qızı hadisə yerində ölüblər. Onların meyitləri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəzada xəsarət alaan hər iki sürücü və İsmətli kənd sakinləri - 1993-cü il təvəllüdlü Tağızadə Araz Əsəd oğlu və 1979-cu il təvəllüdlü Əliyeva Məlahət Qurban qızı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, “Lada Priora” markalı avtomobilin sürücüsü, Şakir Dövlətov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiridir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2019.06.27 / 16:47
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla