Yuxarı

Lerikdə “Goranboy terroru"nun müdhiş təfərrüatı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerikdə baş verən tükürpədici qətlin səbəbləri üzə çıxıb.

Axar.az-a bölgədən verilən məlumata görə, Cəmaləddin Surətovun qayınanası Lalə və arvadı Məhsətini öldürəcəyini qabaqcadan ehtimal etmək olardı.

Belə ki, Sumqayıtda işləyən C.Surətov hadisədən əvvəl rayona gələrək həyat yoldaşını döyüb, ondan uşaqları ilə birlikdə evə qayıtmasını tələb edib. Məhsəti isə atası evindən dönməyib və Cəmaləddin əsəbi şəkildə Sumqayıta qayıdıb.

Bir neçə gün sonra Surətov yenidən Lerikə qayıdıb və arvadından bir daha evə dönməyi tələb edib. Bu dəfə də inadından dönməyən arvadla ər arasında mübahisəyə qayınana da qarışıb. Nəticədə kürəkən hər ikisini öldürüb. O, qətli "Vinçester" markalı ov tüfəngi ilə törədib. Bu hadisəyə qədər isə kürəkən qayınatasından evə gəlməyi və məsələni müzakirə etməyi istəyib. Qayınatası isə imtina edib və ona evə getməyi məsləhət görüb.
Surətov cinayəti törətdikdən sonra qayınatasına "indi get, səni orada gözləyirlər" deyərək ərazini tərk edib və doğulduğu evdə intihar edib.

25 yaşlı qadınla 33 yaşlı Cəmaləddinin 4 yaşlı oğlu və 3 aylıq qızları qalıb. Ailənin böyük övladı - 4 yaşlı oğlu ağır halda Lənkəran Mərkəzi Xəstəxanasına gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən körpənin vəziyyəti ağırdır. Uşağın nə səbəbdən ağır xəsarət aldığı isə hələlik bəlli deyil.

Sürətov Cəmaləddinin atası rayon təhsil şöbəsinin müdir müavinidir və o, gəlinindən heç vaxt narazı olmadığını deyib. Qətlə yetirilən 25 yaşlı Məhsəti Sürətova Lənkəran Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Cəmaləddin Sürətov da ali təhsilli iqtisadçıdır.

Xatırladaq ki, Goranboyda 7 nəfəri yer üzündən silən Rafiq Hüseynov da arvadı və qayınanasını məhz bu səbəbə görə öldürmüşdü. Arvadını döydükdən sonra atası evindən qayıtmayan gəlin mübahisənin qurbanı olmuşdu. Evə qumbara atan qatil biri körpə olmaqla 7 nəfərin həyatına son qoymuşdu. Bir müddət sonra onun qardaşı intihar etdi, atasının ürəyi dayandı.

Tarix
2014.12.24 / 21:30
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla