Yuxarı

Gülzar Rzayevanın səlahiyyət müddəti artırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 65 yaşlı məhkəmə hakiminin səlahiyyət müddəti artırılır.

Bu barədə Report.az-a Milli Məclisdən bildirilib.

Belə ki, dekabrın 30-da parlamentdə Gülzar Rzayevanın Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi barədə məsələ müzakirə olunacaq.

Qeyd edək ki, G.Rzayeva 2010-cu ilin avqust ayının 28-dən Ali Məhkəmənin hakimi işləyir. 1950-ci il təvəllüdlü G .Rzayevanın gələn il yanvarın 13-də 65 yaşı tamam olur. "Məhkəmələr və hakimlər haqqında" qanuna əsasən 65 hakimlər üçün son yaş həddidir. Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər.

Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilərsə onun səlahiyyətləri uzadılmır.

Tarix
2014.12.26 / 15:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla