Yuxarı

Tədris ilinin uzadılması doğru addımdır - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tədris ilinin 36 həftəyə (1 sentyabr-14 iyun) uzadılması doğru addımdır.

Bu sözləri Axar.az-a təhsil eksperti Elşən Qafarov Təhsil naziri Ceyhun Bayramovun qonaq olduğu İctimai Televiziyanın “Pressinq” verilişində tədris ilinin 2 həftə uzadılmasını labüd hesab etməsi ilə bağlı sözlərinə münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, bununla paralel payız, qış , yaz tətillərinin uzadılması və yay tətilinin azaldılması istiqamətində də ciddi addımların atılması vacibdir:

“Təhsili inkişaf etmiş ölkələrdə yay tətilinin müddəti 45 gündən artıq deyil. İnfrastrukturu yenilənmiş, ucqar və səfalı dağ kəndlərində yerləşən məktəblərin bazasında yay (digər fəsillərdə olan tətillərdə də mümkündür) düşərgələrinin təşkili şagirdlərin asudə vaxtının səmərəli keçməsi ilə nəticələnə bilər”.

Ekspert bildirib ki, bu istiqamətdə digər bəzi addımlar da atılmalıdır:

“Müəllimlərin əmək məzuniyyətinin 30 günə endirilməsi, hər tədris ilindən öncə müəllimlərin əlavə təhsilə cəlb edilməsi istiqamətində də addımlar atılmalıdır. Bu istiqamətdə də bir iş görülərsə, müəllimlərin peşəkarlıq baxımından günün tələblərinə uyğun formalaşması üçün münbit şərait yaranar”.

Xatırladaq ki, Təhsil naziri Ceyhun Bayramov İctimai Televiziyanın “Pressinq” verilişində qonaq olarkən bildirib ki, tədris ilinin 2 həftə uzadılmasını labüd hesab edir:

“Bu müddətin necə istifadə edilməsi ilə bağlı mütəmadi monitorinq keçirilir”.

Tarix
2019.07.10 / 10:33
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla