Yuxarı

Şəkidə mikroavtobus aşdı: 8 nəfər yaralandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:30

Şəkidə baş verən qəza zamanı Şəki rayon Mərkəzi Xəstəxanasına 6 nəfər gətirilib.

Bu barədə Səhiyyə Nazirliyindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib. Yaralıların vəziyyətinin yaxşı olduğu deyilir:

“17 və 9 yaşlarında iki qız stress, 12 yaşlı qız sağ bud nahiyəsinin aşağı üçdə birinin sıyrılmış yarası, 53 yaşlı qadın döş qəfəsinin qapalı travması, sağ bazu sümüyünün yuxarı üçdə birinin yerdəyişən sınığı, 59 yaşlı kişi sağ alın dərialtı nahiyəsinin hematoması, 30 yaşlı kişi döş qəfəsinin qapalı travması, yumşaq toxumaların əziyi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralılara tibbi yardım göstərilib və hamısı evə yazılıb.

Qəza ilə bağlı Qax rayon Mərkəzi Xəstəxasnasına isə 2 qadın müraciət edib. Hər iki qadında yumşaq toxuma əzilməsi və bədənin müxtəlif nahiyələrində sıyrıqlar olub. Tibbi yardım göstərildikdən sonra evə buraxılıblar”.

Qeyd edək ki, hadisə Şəki-Qax avtomobil yolunun Şəkinin Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib. Report-un məlumatına görə, Şəki-Bakı xətti üzrə hərəkət edən mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Tarix
2019.07.10 / 15:44
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla