Yuxarı

“Azərsu”dan bakılılara şad xəbər: Bu il başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:44

Azərsu ASC Bakı şəhəri və ətraf ərazilərdə subasma hallarının qarşısının almaq üçün yağış-kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı layihə həyata keçirməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı Heydər Əliyevin içməli su sektorunda şah əsəri olan Kür Sutəmizləyici Qurğular Kompleksinə təşkil edilən media-tur zamanı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Bakıətrafı qəsəbələrdə kanalizasiya sistemləri demək olar ki, yoxdur:

“Mövcud olan kanalzasiya xətlərini ya vətəndaşlar, ya da bələdiyyələr çəkib. Bakıətrafı qəsəbələrə kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı layihələrimiz var. Bu istiqamətdə təkliflər hazırlanır. Yeni layihənin bu il reallaşdırılması nəzərdə tutulur”.

Layihələrlə bağlı danışan Anar Cəbrayıllı daha sonra bildirib ki, Şirvan-Muğan su kəmərindən Neftçalaya suyun verilməsi planlaşdırılır:

“Layihədə 40 km-ə yaxın magistral su kəməri xəttinin çəkilməsi nəzərdə tutulur. Layihə yekunlaşdırıldıqdan sonra Neftçala sakinləri bu sudan istifadə edəcək.

Layihə təsdiqlənib, işlərə başlanılsa, növbəti ilə Neftçala sakinləri sudan istifadə edəcəklər. Bu gün isə Neftçala sakinləri Kür çayının qismən təmizlənmiş suyundan istifadə edir”.

Tarix
2019.07.10 / 14:30
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla