Yuxarı

İstanbulda azərbaycanlılarla bağlı aksiya – Pulsuz müayinə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslən azərbaycandan olan diş həkimi Abil Babaoğlu İstanbulda yaşayan azərbaycanlı ailələrin uşaqlarını öz şəxsi klinikasında pulsuz müayinə edəcək.

Xeyriyyə məqsədi ilə təşkil olunacaq müayinə 18 iyulda gerçəkləşəcək. Müayinə ağız və diş xəstəlikləri üzrə olacaq.

Türkiyənin İstanbul şəhərində yaşayan şair-yazıçı Elçin Aslangil Axar.az-a bildirib ki, bu cür tədbirlər İstanbulda yaşayan azərbaycanlılar üçün çox önəmlidir:

“Ümid edirəm ki, belə xeyriyyə tədbirlərinin keçirilməsi ənənəvi hal alar. Bu xeyriyyə aksiyasına İstanbulda yaşayan, əslən Azərbaycandan olan iş adamlarının, ziyalıların, həkimlərin ayrı-ayrılıqda qatılması arzuolunandır. Hər kəs İstanbuldakı soydaşlarımızçün əlindən gələni əsirgəməməlidir. Bildiyiniz kimi, İstanbulun təkcə Sultanqazi və Qaziosmanpaşa rayonlarında onminlərlə azərbaycanlı ailə yaşamaqdadır. Onların heç bir sosial təminatı yoxdur. 6-30 yaş arası həmyerlilərimizin çoxu heç adlarını belə yazmağı bilmir. Türkiyədə qaçaq yaşadıqları üçün təhsildən kənarda qalıblar. Olduqca ciddi problemlər var.

Mən üzümü İstanbulda yaşayan əziz iş adamlarımıza, millətimizi vətənimizi sevən ziyalılarımıza tutub deyirəm ki, gəlin əl-ələ verib, həmrəy olub bu problemlərin həlli yolunu axtaraq”.

Xeyriyyə məqsədi ilə keçiriləcək müayinənin ünvanı:

İstanbul Sultançifliği məhəlləsi, Sultanqazi Eski Edirnə Asfaltı no 551 dairə 3

(Yeni Məhəllə tranvay dayanacağının yanı)

Tarix
2019.07.10 / 21:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla