Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 İyul 2019


Son kadr islahatlarının əsas məqsədi... - Baş nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslahatların hazırkı mərhələsində mütərəqqi meyarlara söykənən çevik idarəetmə modelinin formalaşdırılması Azərbaycan üçün də kifayət qədər aktualdır.

Report xəbər verir ki, bunu Baş nazir Novruz Məmmədov bildirib.

O deyib ki, son illərdə həyata keçirilən kadr islahatlarının əsas məqsədini əhalinin sosial rifahının yaxşılaşdırılması, neftdən asılı olmayan dayanıqlı inkişaf strategiyasının formalaşdırılması ilə yanaşı, ümumilikdə, dövlət idarəçilik fəlsəfəsinin dəyişdirilməsi təşkil edir:

"Cənab Prezident İlham Əliyev, ilk növbədə, vətəndaşların mənafeyini düşünərək dövlət idarəetməsi ilə bağlı bu və digər qərarlar qəbul edir, struktur islahatları həyata keçirir. Qlobal planda cərəyan edən mürəkkəb siyasi, iqtisadi və humanitar proseslər müasir islahatçı baxışın tətbiqini aktuallaşdırdığından dövlət başçısı hökumətin bu çağırışlara hazır olmasını da son dərəcə vacib sayır".

Baş nazir xatırladıb ki, 2017-ci ilin fevral 21-də Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması, bu mənada postneft dövründə Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatların davamlılığını və dövlət idarəçiliyinin səmərəliliyini yüksəltmək məqsədinə xidmət edib:

"Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi uğurlu fəaliyyəti bu prosesin sürətlənməsini təmin etmiş, idarəçiliyə yeni nəfəs gətirmişdir. Cəmiyyətdə mütləq çoxluğun qənaəti bundan ibarətdir ki, Heydər Əliyev Fondunun prezidenti kimi vətənpərvər fəaliyyəti, humanizmə, mərhəmətə, nəcibliyə söykənən layihələri ilə böyük nüfuz qazanmış və yüksək idarəçilik keyfiyyətlərini təsdiqləmiş Mehriban xanım Əliyeva üzərinə götürdüyü məsuliyyətli missiya ilə ölkə başçısının və xalqın etimadını inamla doğruldur".

Tarix
2019.07.11 / 09:56
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Bu muzeyə yeni status verildi - Qərar

Dəmirçi-Lahıc yolunda maşınlar özü hərəkət edir - Video

Hava limanlarında itən əşyalar bu mağazada satılır - Video

Azərbaycanda maqnit qasırğası var?

Yaşayış yeri üzrə qeydiyyatdan keçin: Cərimə edilə bilərsiniz

Kür çayında suyun səviyyəsi ilə bağlı - Son durum

Bakıda məşhur ticarət və əyləncə mərkəzi yanır

Məhkəmə kriminal avtoritetlə bağlı qərar verdi

Xalq Hərəkatının mərkəzi qərərgahına basqın... - Rəsmi

Rezidenturaya qəbul imtahanının II mərhələsi: Nəticələr...

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla