Yuxarı

Bir xəstəxana üçün “dəftər almağa” 10 milyon ayrılıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi mətbu orqanları hazırladıqları məqalələrə, o cümlədən maliyyə-iqtisadi mövzulara ciddi, məsuliyyətli və peşəkar yanaşmalı, dövlət qurumları haqqında mənfi rəy yaratmağa çalışmamalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev mediada yayılan Ucar Mərkəzi Xəstəxanası üçün avadanlıqların alınmasına 35 milyon manat xərclənməsi ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib. O bildirib ki, Ucar Mərkəzi Xəstəxanasına avadanlıqların alınması ilə bağlı göstərilən rəqəmlərin ilkin baxışda ən azı yüz dəfə şişirdildiyi məlum olur:

“Ötən gün mediada “Böyük tender talanı: Məntiqə sığmayan anomal xərclər” sərlövhəli məqalədə qeyri-dəqiq və absurd məlumatlar dərc edilərək ayrı-ayrı dövlət qurumlarının ünvanına əsasız ittihamlar səsləndirilib. Məqalədə Ucar Mərkəzi Xəstəxanası üzrə bəzi inventarların və avadanlıqların alınması ilə bağlı göstərilən rəqəmlərin ilkin baxışda ən azı yüz dəfə şişirdildiyi məlum olur.

Məsələn, məqalədə iddia olunur ki, Ucar Mərkəzi Xəstəxanasına bəzi inventarların alınması üçün 13 milyon 231 min manat, avadanlığın alınması üçün 11 milyon 748 min manat, dəftərxana və təsərrüfat malları alınması üçün 9 milyon 747 min manat ayrılıb”.

Nazirlik rəsmisi bildirib ki, 2019-cu ildə Ucar Mərkəzi Xəstəxanasına dəftərxana və təsərrüfat mallarının alınması üçün cəmi 89 min manat nəzərdə tutulub:

“Sual olunur, “2019-cuil dövlət büdcəsi haqqında” qanunda Ucar rayonu üzrə ümumilikdə xərclər 7 milyon 248 min manat təşkil etdiyi halda, təkcə rayon xəstəxanası üçün inventarların və avadanlıqların alınmasına üst-üstə 35 milyon manata yaxın vəsait necə xərclənə bilər?!
Məlumat üçün qeyd edim ki, 2019-cu ildə dövlət büdcəsinin səhiyyə xərclərində, Ucar rayon yerli xərcləri üzrə cəmi 2 milyon 935 min manat vəsait nəzərdə tutulub ki, həmin vəsaitin 2 milyon 76 min manatını və ya 70,7 faizini əməkhaqqı ödənişi ilə əlaqədar xərclər təşkil edir”.

Tarix
2019.07.11 / 14:04
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla