Yuxarı

Polisdən qaçan sürücünün maşınından avtomat çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yol polisinin “Saxla” işarəsinə məhəl qoymayaraq uzaqlaşan avtomobildən silah-sursat aşkar edilib.

DİN Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, ötən gün saat 12 radələrində Bakı-Qazax yolunun 380-ci kilometrliyində, Şəmkir rayonu ərazisində BMV markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozub. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda ona “Saxla” işarəsi verilib. Lakin nəqliyyat vasitəsinin sahibi tabeçilik göstərməyərək hərəkətə davam edib və avtomobili saxlamayıb.

Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobil Könüllü kəndi ərazisində məcburi qaydada dayandırılıb. Sənədlərini təqdim etmək tələb olunarkən sürücü və sərnişinin şübhəli davranışları, həyəcanlı halda olmaları yol polisi əməkdaşlarının diqqətindən yayınmayıb.

Avtomobilə baxış zamanı onların bu gərginliyinin səbəbi məlum olub. Belə ki, avtomobilin yük yerinə baxış zamanı oradan AKM markalı silah və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Nəqliyyat vasitəsinin sürücüsü, Gəncə şəhər sakini A.Hüseynov və sərnişini olan qardaşı H.Hüseynov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2019.07.11 / 15:27
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla