Yuxarı

Murdar əti Bakıda satmağa gətirən şəxs yaxalandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 iyul 2019-cu il tarixində, saat 23:00 radələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində Xaldan-Ağdaş şosesində Mehdiyev Məhəmməd Mikayıl oğlunun idarə etdiyi 10 KG 920 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə satış üçün Bakı şəhərinə gətirilən 198 kiloqram yararsız ət aşkar olunub.

AQTA-dan Axar.az-a bildirilib ki, QAZ 31-10 markalı nəqliyyat vasitəsinin yük yerində saxlanılan 1 baş iribuynuzlu heyvan cəmdəyinə baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqanoleptik görüntülərinə əsasən bakterioloji çirklənməyə məruz qaldığı, istehlak üçün yararsız olduğu müəyyən edilib.

Ətin ölmüş heyvana məxsus olduğu ehtimal edilərək ondan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

Tarix
2019.07.11 / 15:34
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla