Yuxarı

Pul ödəmədiyinə görə xəstə müalicə edilməyib? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi vərəm xəstəsi olan Sabirabad rayon sakini 1988-ci il təvəllüdlü Sahil Kərimova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda pul ödəmədiyinə görə kömək edilməməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdın Axar.az-a bildirilib ki, yayılan məlumatlar yalandır.

“İnstitutun II Pulmonologiya şöbəsinin həkim-pulmonoloqu Əliyeva Günay izahat yazaraq bildirib ki, xəstə dünən 15:00-da xəstəxanaya müraciət edib. Xəstəyə yaxınlaşanda yerdə uzanmış olduğu üçün yaxınlarından nə baş verdiyini soruşdum. Onlar isə cavabında “yol gəlmişlik dayana bilmədi” dedilər. Mən təcili olaraq kiçik tibb işçilərinə araba gətizdirdim, xəstəyə arabaya otuzdurulub, növbətçi həkimin otağına aparıldı. Xəstəyə müayinə olunub, sağ tərəfli pnevmoplevrit empiema diaqnozu qoyulduğu üçün “Döş qəfəsi cərrahiyəsi” şöbəsinə yerləşdirildi", - deyə, həkim-pulmonoloq izahatda qeyd edib.

Həkim cərrah Nəsirli Məsud tərəfindən sağ plevra boşluğuna drenaj qoyulub, təyinat verilib. Xəstənin anamnezində ruhi xəstəlik olduğundan, suallara cavab vermədiyi üçüb anası yanında qalıb. Növbə zamanı xəstəyə bir neçə dəfə baxış keçirmişəm. Xəstənin vəziyyəti orta ağır, stabil idi. Xəstə və yaxınlarından hər hansı şikayət olmayıb”.

Xəstənin atası Kərim Kərimov da izahat yazaraq övladına vaxtında yardım göstərildiyini və xəstəxana işçiləri barədə iradının olmadığını bildirib.

Tarix
2019.07.11 / 16:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla