Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 İyul 2019


MN-də altı ayın yekunlarına həsr olunmuş toplanış – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə nazirinin 2019-cu il üçün təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kadr işləri üzrə heyətlərinin ötən altı ayın yekunlarına həsr olunmuş təlim-metodiki toplanışı keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, tədbirdən əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.

Toplanışda çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü və müasir ordu quruculuğu sahəsində gördüyü əvəzsiz xidmətləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda islahatların davam etdirildiyini qeyd edən nazir müavini kadr orqanlarının ordunun mühüm xidmət sahələrindən biri olduğunu, Müdafiə naziri tərəfindən bu istiqamətə ciddi diqqət yetirildiyini və daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb.

Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov çıxış edərək 2019-cu ilin birinci yarısında kadr orqanı işçilərinin təkmilləşdirilməsi üzrə görülmüş işlər və qarşıda duran əsas tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tarix
2019.07.12 / 13:24
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

DİM-dən mühüm məlumat: İki dövlət orqanında 14 vakant yer...

Şahdağ MDB-də ilk beşlikdə - Reytinq

Bu şəhərdən Bakıya uçuş ləğv edildi - Səbəb

“Azercell”dən gənc İT mütəxəssislərinə dəstək

Şagirdlər üçün mühüm yenilik – Nazir müavini açıqladı

“Nar” jurnalistləri bir araya topladı

“Bakının Şanxayı” tarixə qovuşacaq - Video

Bakıda 70 minlik ev kinoteatrı oğurlandı

Kəmaləddin Heydərov Ağdama gedir - Qəbul

Elmar Vəliyevi öldürmək istəyən şəxslə bağlı - Yeni qərar

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla