Yuxarı

Alıcılar məşhur marketlərdə necə aldadılır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün vətəndaşların mağazalarda ən çox qarşılaşdıqları problemlərdən biri də malların qiymətinin piştaxtadakı qiymətdən fərqli olaraq, “sistem”də daha yüksək çıxmasıdır.

Bu tendensiyaya əvvəllər nadir hallarda rast gəlinirdisə, hazırda istehlakçılar bu cür hallarla vaxtaşırı olaraq bir çox mağazalarda, xüsusilə də “Araz” marketlər şəbəkəsində rastlaşırlar. Demək olar ki, bu qiymət uyğunsuzluğu artıq marketdəki əksər məhsullar arasında qeydə alınır. Mağaza satıcıları bunu malın qiymətinin dəyişməsindən sonra sistemdə qeyd edilməməsi ilə əlaqələndirirlər.

Məsələylə bağlı Axar.az-a danışan “Araz” marketlər şəbəkəsinin PR meneceri Büllurə Əmirova bildirib ki, marketlərdə malların qiymətinin piştaxtada üzərinə yazılandan fərqli göstərilməsinin səbəbi keçirilən endirim kampaniyaları ilə əlaqədardır:

“Marketimizdə günlük, həftəlik, həftə sonları müxtəlif endirim kampaniyaları keçirilir. Buna görə də sistemdə qiymət avtomatik dəyişir. Amma bəzən elə olur ki, məhsulların üzərindəki qiymətlərdə dəyişim prosesini yubadırlar və ya diqqətdən yayınır. Nə qədər ciddi nəzarət olsa da, tapşırıqlar verilsə də, belə hallara bəzən rast gəlirik. Problemin kökündə bu dayanır. Amma belə olan halda bizim mağazamızda müştəri konsepsiyamız var. Konsepsiyaya görə, müştəri kassada vitrindəki qiymətdən fərqli qiymətlə rastlaşarsa, o zaman onun məhsulu iki qiymətdən ən ucuzu ilə almaq hüququ var”.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, bu cür halların baş verməsinə səbəb mağazaların müştərini aldadaraq daha çox gəlir əldə etmək məqsədi güdməsidir:

“Azərbaycanda müasir satış texnologiyaları tətbiqi ilə paralel istehlakçıların aldadılması da tətbiq olunur. Satışın avtomatlaşdırılmasına, qiymətin skanerlə oxunmasına baxmayaraq, bazada olan qiymət mağaza piştaxtasında yazılan qiymətdən yüksək olur. Belə olanda istehlakçının hüququ var ki, kassada iki qiymətdən ən ucuz olan qiymətlə ödəsin. Lakin bəzən olur ki, satış şəbəkələri bununla razılaşmır və müştəriyə bazadakı qiymətlə malı satmaq istəyirlər. Belə hallarda istehlakçılar dövlət orqanına – İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 195-2 çağrı mərkəzinə müraciət etməlidir. Çox təəssüf ki, bu sahədə həmin dövlət orqanı radikal dəyişiklər aparmır və ciddi işləmir. Ona görə də bu problem ölkədə hələ də qalmaqdadır”.

Tarix
2019.07.12 / 15:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla