Yuxarı

Türkiyədə “erməni dövləti”nin qarşısı belə alındı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Atatürk Mərkəzində Oxu Akademiyasının təşkilatçılığı ilə Ərzurum Konqresinin 100 illik yubiley tədbiri keçirilib.

Axar.az xəbər verir ki, Atatürk Mərkəzinin baş redaktoru Dəyanət Osmanlı tədbir iştirakçılarını salamlayaraq, Ərzurum Konqresi ilə bağlı keçirilən tədbirin aktuallığından danışıb. Tədbir İstanbulda fəaliyyət göstərən “Bengü Türk” TV-nin “Azərbaycan rüzgarı” televiziya layihəsinin müəllifi və aparıcısı Səidə Ömərin moderatorluğu ilə davam edib.

Tədbririn təşkilatçısı Oxu Akademiyasının rəhbəri, tədqiqatçı-hüquqşünas Səməd Vəkilov “Ərzurum konqresi: milli səfərbərliyin təməl daşı” adlı geniş məruzə ilə çıxış edib. Hüquqşünas bu cür mühüm tarixi hadisələrin gənc nəsilə çatdırılmasının vacibliyini vurğulayıb:

“Son yüz ildə eyni kökə malik olan Azərbaycan və türk xalqlarının ən böyük problemi məhz erməni problemidir. I Dünya müharibəsinin başa çatmasından sonra Osmanlı dövlətini siyasi xəritədən silməyə çalışan qüvvəllər xristian azlıqların hüquqlarının təmin olunması adı ilə Şərqi Anadoluda erməni və rum dövlətləri yaratmağa çalışırdılar. Qazi Mustafa Kamal Atatürkün başçılığı ilə baş tutan Ərzurum Konqresi milli mücadilənin səfərbər olunmasında müstəsna rol oynadı və Şərqi Anadoluda erməni və rum dövlətlərinin yaradılmasının qarşısı alındı”.

Mövzu ətrafında professor Ədalət Tahirzadə, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa, tədqiqatçı Xaqani İsmayıl maraqlı fikirlər söyləyiblər.

Tədbirdə iştirak edən Ərzurum əsilli iş adamı Çingiz Güldamlası bu tarixi hadisənin qeyd edilməsinə görə tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib.

Sonda Oxu Akademiyasının 12 iyul 2019-cu il tarixli Qiymətləndirmə Komissiyasının qərarı ilə Səidə Ömər Azərbaycan milli-mənəvi irsinin təbliğində və Azərbaycan həqiqətlərinin türk dünyasına çatdırılmasındakı xidmətlərinə görə Fəxri Diplomla təltif edilib.

Tarix
2019.07.12 / 17:59
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla