Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Noyabr 2019


“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mobil rabitə bazarında internet istifadəçiləri üçün sərfəli tarif sayılan “CavanNar”a qoşulan abunəçilərin sayı sürətlə artmaqdadır. Belə ki, ikiqat internetdən yararlanmaq imkanı verən “CavanNar” istifadəçilərinin sayı son 1 ayda 18% artıb. Bununla da martın ortasından abunəçilərin ixtiyarına verilən “CavanNar” paketlərindən istifadə edənlərin sayı 50 minə yaxındır.

Axar.az xəbər verir ki, “CavanNar”a qoşulmaqla İnstaqram, Feysbuk, Tvitter və “VKontakte” kimi sosial şəbəkə istifadəçiləri həm daha çox internetdən istifadə edə, həm də daha çox ünsiyyət qura bilirlər. “CavanNar” tarifi 2 müxtəlif paketdə təqdim olunur. “CavanNar 9”-a qoşulmaq istəyənlər aylıq 9 AZN ödəməklə 5 GB internet, 5GB sosial şəbəkə və 500 tarifdaxili dəqiqə əldə edə bilir. “CavanNar 6” isə istifadəçilərə aylıq 6 AZN ödəməklə 2 GB internet, 2GB sosial şəbəkə və 200 dəqiqə tarifdaxili danışıq verir. “CavanNar” tarifinə istənilən yaş qrupuna aid insanlar qoşula bilərlər.

“CavanNar 9”-a qoşulmaq üçün “C9” yazıb 777-yə göndərmək və ya *777#9#YES yığmaq lazımdır. “CavanNar 6”-ya qoşulmaq üçün isə “C6” yazıb 777-yə göndərmək və ya *777#6#YES yığmaq kifayətdir.

Qeyd edək ki, “CavanNar” tarifinə qoşulan abunəçilər hazırda ölkədə ən geniş şəbəkələrindən birinə malik olan “Nar”ın 4G şəbəkəsindən istifadə etməklə tam keyfiyyətdə yararlana bilərlər.

“CavanNar” tarifi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Tarix
2019.07.12 / 17:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda 3 tələbə zəhərləndi: ölən var - Rektor xəstəxanaya getdi

27 il öncə yaranan partiya 26 ildir iqtidardadır - Foto

İbrahim Məmmədov ARB-dən ayrılıb? - Açıqlama

Sabahın havası: qar, yağış, külək...

Qanunsuz torpaq satan sədr həbs edildi - Rəsmi

Şamaxıya qar yağdı - Foto

Arayışlardan haqq alan müsavatçılar – Şok siyahı

"MTN işi"ndə həbs edilən rəis müavini azadlığa çıxdı

Yol polisindən sürücülərə xəbərdarlıq

Bakı bu universitetlərlə ikili diplom proqramlarını dayandırır

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla