Yuxarı

ABŞ Azərbaycana silah satıb? - Nazirlik açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Azərbaycana silah satıb? - Nazirlik açıqladı

Müdafiə Nazirliyi ABŞ Konqresinin Nümayəndələr palatasının konqresmeni Bred Şermanın Azərbaycana “Dağlıq Qarabağ hava məkanında mülki təyyarələri təhdid edə biləcək” ABŞ silahlarının satılmasına qadağa qoyulması məqsədilə qanunvericilik təşəbbüsü ilə çıxış etməsi məsələsinə münasibət bildirib.

Axar.az xəbər verir ki, nazirlik bu cür təşəbbüslə çıxışın edilməsinin təəccüblü göründüyünü bildirib.

“ABŞ indiyədək ölkəmizə heç bir silah satmayıb. Bununla belə, Azərbaycan dünyanın qabaqcıl hərbi texnologiyalarına malik ölkələrdən kifayət qədər silah və döyüş vasitələri alır.

Hərbi Hava Qüvvələrimizin silahlanmasına daxil edilən müxtəlif tipli hava hücumundan müdafiə vasitələri hava məkanımızı tam qorumağa və təhdid yaranarsa dərhal cavab tədbirləri görməyə qadirdir.

Bundan əlavə, konqresmenə yəqin bəlli olmalıdır ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və münaqişə bölgəsi olduğundan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən mülki aviasiya vasitələrinin bu istiqamətdə uçuşlarına uzun müddətdir tam qadağa qoyulub”, - deyə bildirilib.

Tarix
2019.07.12 / 18:19
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla