Yuxarı

Bakıda "sarı zolağ"ın çəkilişi davam edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 20-28–də Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən olunan marşrut üzrə əsas yol şəbəkəsində Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında "sarı zolağ"ın çəkilişi işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildirilib ki, bu işlər çərçivəsində bu gün saat 22:00-dan iyulun 13-ü səhər saatlarınadək Qara Qarayev prospektində xətlənmə işləri aparılacaq. Sürücülərdən sözügedən küçədə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

"Sarı zolağ"ın çəkilişinə iyulun 8-dən başlanılıb və müəyyən edilən marşrut üzrə digər küçə və prospektlərdə artıq yekunlaşdırılıb. Zolağın çəkilişi ilə bərabər müvafiq nişanlanma işləri aparılır və yol nişanları quraşdırılır, həmçinin asfalt üzərində, təyin edilən yerlərdə xüsusi boya ilə festivalın loqosu da vurulur. Sadalanan işlərin iyulun 18-dək tam yekunlaşdırılması nəzərdə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən olunmuş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində işlərini davam etdirir.

Tarix
2019.07.12 / 18:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla