Yuxarı

Prezident fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. beş ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. həmin Qanunun 5.4-cü maddəsinə uyğun olaraq, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, razılaşdırılması, ekspertizası, qəbul edilməsi, dövlət reyestrinə və fonduna daxil edilməsi, dəyişiklik edilməsi və nəşri qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.4. həmin Qanunun 6.6-cı maddəsinə uyğun olaraq, milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.5. həmin Qanunun 11.4-cü maddəsinə uyğun olaraq, standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.6. həmin Qanunun 13.3-cü maddəsinə uyğun olaraq, uyğunluq sertifikatının formasını, uyğunluq nişanından istifadə və verilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.7. həmin Qanunun 14.5-ci maddəsinə uyğun olaraq, standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.8. həmin Qanunun 16.7-ci maddəsinə uyğun olaraq, standartlaşdırma üzrə texniki komitələrin yaradılması və fəaliyyətinin təşkili qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.9. həmin Qanunun 18.2-ci maddəsinə uyğun olaraq, beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində tətbiqi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.10. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci, 5.4-cü, 6.6-cı, 11.4-cü, 13.3-cü, 14.5-ci, 16.7-ci və 18.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 5.4-cü, 6.6-cı, 11.4-cü, 13.3-cü, 14.5-ci, 16.7-ci və 18.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.3. həmin Qanunun 1.0.18-ci maddəsində “orqan (qurum)” dedikdə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı:

4.1. qəbul ediləcək Azərbaycan Respublikası Prezidentinin aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin Qanunun qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minməsin;

4.2. qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin Qanunun qüvvəyəminmə tarixi nəzərə alınsın”.

Tarix
2019.07.12 / 20:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla