Yuxarı

Huqo Alonso Gənclər və İdman Nazirliyində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə səfərdə olan Avropa İdman Şəhərləri və Paytaxtları Federasiyasının (ACES Europe) baş katibi Huqo Alonso iyulun 12-də Gənclər və İdman Nazirliyində ölkəmizin gənclər və idman idarələrinin rəhbərləri ilə görüşüb.

Axar.az xəbər verir ki, rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışan H.Alonso federasiyanın Avropa Parlamentinin idman siyasətini həyata keçirən təşkilat olduğunu vurğulayıb. O, qurumun həyata keçirdiyi layihə çərçivəsində hər il bir neçə şəhərin “Avropanın İdman Şəhəri”, bir şəhərin isə “Avropanın İdman Paytaxtı” tituluna layiq görüldüyünü bildirərək deyib: “Bu tədbirin təşkilində əsas məqsəd Azərbaycanın müxtəlif şəhər və rayonlarının “ACES Europe”un həyata keçirdiyi layihəyə qoşulub fəal iştirakına nail olmaqdır. Təşkilat 20 ilə yaxındır ki, Avropada fəaliyyət göstərir və indiyədək 500-ə yaxın şəhər müxtəlif titullara layiq görülüb. Bu ildən “Dünya İdman Paytaxtı” titulu təsis edilib. İlk titula Abu-Dabi şəhəri layiq görülüb”.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov Gəncənin 2019-cu il “Avropa İdman Şəhəri” tituluna layiq görüldüyünü bildirib. O qeyd edib ki, layihə çərçivəsində şəhərin gəncləri arasında sağlam həyat tərzinin təbliğinin daha da genişləndirilməsi, idmanın kütləviliyinin artırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Həmçinin şəhərin idman infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində işlər görülür, parklarda idman qurğuları quraşdırılır.

Sonra “ACES Europe”un fəaliyyəti, təltif edilən şəhərlərlə bağlı videoçarx nümayiş olunub.

Qeyd edək ki, “Avropanın İdman Şəhəri” tutuluna MDB ölkələri arasında ilk dəfə məhz Gəncə şəhəri layiq görülüb.

Tarix
2019.07.12 / 22:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla