Yuxarı

Polisin təzyiqi ilə bağlı yayılan video... - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Baş Polis İdarəsi paytaxtda polisin vətəndaşa qarşı təzyiq etməsi ilə bağlı yayılan videomateriala münasibət bildirib.

İdarənin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, sosial şəbəkələrdə Bakı şəhərində vətəndaşa qarşı polis təzyiqi nümayiş etdirilən videogörüntülər yayılıb. İki hissədən ibarət olan, lakin ustalıqla montaj olunan vidogörüntülərin ikinci hissəsi bu gün günorta saatlarında 20 Yanvar dairəsində çəkilib.

Elşad Hacıyev bildirib ki, görüntülərin birinci hissəsi daha əvvəlki illərə aid olsa da, məqsədli olaraq, səs görüntüyə uyğunlaşdırılmaqla “polis zorakılığı” təsəvvürü yaradılıb.

Məlumatda vurğulanıb ki, görüntülərin həqiqiliyi yoxlanılıb, orda iddia edilən hallar təsdiqini tapmayıb:

“Aparılan araşdırma zamanı müəyyən olunub ki, polisin ərazidə küçə ticarətinə qarşı mübarizə tədbirləri çərçivəsində Qaradağ rayonu, Ələt qəsəbə sakini 1998-ci il təvəllüdlü Emin Gənciyev bölməyə dəvət olunaraq, əməlinin hüquqazidd olması ona izah edilib, barəsində inzibati protokol tərtib olunaraq sərbəst buraxılıb. E.Gənciyevə polis tərfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, o buna məhəl qoymayıb, piyada və avtomobil yollarının hərəkət hissəsində qanunsuz əməllərini davam etdirib”.

E.Hacıyev əlavə edib ki, hər bir paytaxt sakini şəhər təsərrüfatının, eləcə də ictimai qaydanın normalarına əməl etməli, neqativ təzahürlərə qarşı polisin qanuni tələblərinə həssas yanaşmalıdır.

Tarix
2019.07.13 / 01:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla