Yuxarı

Bakıda keçiriləcək "Qran-Pri"nin qaydaları dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə Bakıda keçiriləcək güləş üzrə "Qızıl Qran Pri"nin final mərhələsində yalnız Avropa və dünya çempionatlarının mükafatçıları iştirak edə biləcəklər.

Report.az-ın xəbərinə görə, bu barədə Dünya Güləş Birliyinin (UWW) yaydığı xəbərdə bildirilir.

Əvvəllər həm sərbəst, həm də yunan-Roma güləşində "Qızıl Qran Pri"nin finalından öncə 2 mərhələ olub. Amma final mərhələsinə əvvəlki mərhələlərin bütün qalibləri qatılmayıb. UWW prezidenti Nenad Laloviç deyib ki, yeni sistem turnirin statusunu artırmağa və ən yaxşı güləşçilərin əlavə qazanc əldə etməsinə köməklik göstərəcək.

Habelə, "Qızıl Qran Pri"nin final mərhələsinin vaxtında da dəyişiklik edilib. Əvvəllər bu yarış dünya çempionatından öncə olurdusa, indi mundialdan sonraya keçirilib. Bu isə təsnifat mərhələlərini uğurla dəf edən pəhləvanlara hazırlıq üçün kifayət qədər vaxt verəcək. Gələn il final mərhələsi 27 - 29 noyabrda baş tutacaq. Mükafat fondu ayrı-ayrı çəki dərəcələri üzrə artırılacaq. Yarış isə televiziya vasitəsilə bütün dünyaya yayımlanacaq.

Tarix
2014.12.29 / 09:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla