Yuxarı

Dəmirçi-Lahıc yolunda maşınlar özü hərəkət edir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayonunun Dəmirçi-Lahıc avtomobil yolunun Dəmirçi kəndindən keçən hissəsində nəqliyyat vasitələri öz-özünə hərəkət edir.

Yerli sakin Elsəvər Rəsulov Report-a bu yoldan artıq üçüncü dəfədir istifadə etdiyini və hər dəfə eyni hadisə ilə rastlaşdığını bildirib.

Onun sözlərinə görə, yolun Dəmirçi kəndindən Lahıca gedən 3-4 kilometrlik hissəsində avtomobilin sürəti aşağı düşür və maşın arxaya doğru hərəkət etməyə başlayır.

"Hətta avtomobilin mühərriki sönmüş, sürətlər qutusu isə neytral vəziyyətdə olduğu halda belə, nəqliyyat vasitəsi arxaya getməyə başlayır. Belə vəziyyətdə avtomobillərin əyləcindən istifadə olunmazsa, sürət get-gedə artaraq hətta 60 km/saata çatır", - deyə o əlavə edib.

Elsəvər Rəsulov ehtimal edir ki, yolun bu hissəsində maqnit sahəsi mövcuddur.

Yerli sakinlərin sözlərinə görə, onlar da həmin sözügedən ərazidə eyni yerdə olanda, maqnit avtomobilləri əks istiqamətə çəkir və onlar çətinliklə üzləşirlər. Sakinlər də düşünür ki, həmin ərazidə maqnit sahəsi var və bunun araşdırılması lazımdır.

Tarix
2019.07.16 / 00:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla