Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
5 Dekabr 2019


Cinayətkar Nur-Sultanda yaxalandı, Qubaya gətirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç il əvvəl Azərbaycanda oğurluq edən cinayətkar dəstənin axtarışda olan üzvü Qazaxıstanda saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan Axar.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində törətdiyi ağır cinayət hadisələrinə görə 2016-ci ildən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin səkkiz maddəsi ilə axtarışda olan rayon sakini, 31 yaşlı Sərxan Əkbərov Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində tutularaq Quba RPŞ-nə gətirilib.

S.Əkbərov bir qrup şəxslə birlikdə qabaqcadan əlbir olaraq 2016-ci ildə rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evlərinə qanunsuz daxil olaraq, evlərdən pul, qızıl-zinət əşyaları və elektron avadanlıq oğurlamaqla zərərçəkmişlərə küllü miqdarda maddi ziyan vurublar. Bundan əlavə törətdikləri sonuncu cinayət hadisəsi zamanı ev sahibəsinin evdə olduğunu görən dəstə üzvləri, qadının əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq, ona müxtəlif bədən xəsarətləri yetirməklə evdən küllü miqdarda pul və mobil telefonunu quldurluq yolu ilə ələ keçiriblər.

Qeyd edək ki, cinayətkar dəstənin 4 üzvü, Quba rayon sakinləri Raqib Kərimov, Faiq Xanməmmədov, Aftandil Əhmədov və Afina İxiilova cinayət hadisələrinin törədilməsindən bir müddətdən sonra tutularaq məsuliyyətə cəlb olunublar.

Tarix
2019.07.16 / 10:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fond xüsusi mükafata layiq görüldü

İlham Əliyev Şamaxıda səfərdədir - Foto

AzerTelecom və KOBİA əməkdaşlıq edəcək

Yevda Abramov xaricdə müalicədən imtina etdi

Azərbaycanlı zabitə Pentaqonda yüksək vəzifə verildi

Nazirlər Kabinetində yeni təyinatlar

“Veysəloğlu”nun şirkətlərindən ikisi ləğv olunur

Nazirlik bələdiyyə sədrinə göstəriş verdi

Parlament seçkilərinin vaxtı təyin edildi - Sərəncam

85 minlik avadanlıq oğurlayanlar tutuldu

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla