Yuxarı

Bakı metrosunda siqaret çəkən şəxslə bağlı - Rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı metrosunda siqaret çəkən şəxslə bağlı - Rəsmi açıqlama

Bakı metrosundan istifadə qaydalarını pozaraq vaqonda siqaret çəkənin kimliyi məlum olub.

DİN-dən Axar.az-a verilən məlumata görə, videogörüntülərdəki şəxsin əvvəllər məhkum olunmuş Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu olduğu müəyyən edilib. Həmin görüntülər isə 15 iyul 2019-cu il tarixində “28 May” - “Həzi Aslanov” stansiyaları arasında hərəkət edən vaqonda lentə alınıb. Metropolitendən istifadə qaydalarını pozan şəxs saxlanılaraq şöbəyə gətirilib və o, törətdiyi əməli etiraf edərək peşman olduğunu bildirib.

Faktla bağlı Ceyhun Fərəcullayev barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 306.4 - metropolitendən istifadə qaydalarının pozulması, keçidlərdə və platformalarda, vaqonlarda siqaret çəkmə maddəsi ilə protokol tərtib edilib və o, cərimə edilib.

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, stansiya ərazilərində olan zaman qarşılaşdıqları qanun pozuntuları və digər xoşagəlməz hallar barədə istənilən vaxt Bakı Metropolitenində Polis Şöbəsinə dərhal məlumat versinlər.

Tarix
2019.07.16 / 10:54
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla