Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Noyabr 2019


Bakıda ilk: İslam Kulinariya Konqresi keçirilir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “Super Sun” yağı və “Azerçay” markalarının dəstəyi ilə ilk dəfə olaraq Dünya İslam Kulinariya Konqresi keçirilir.

Axar.az xəbər verir ki, Azərbaycan Dövlət Turizm Agentliyi, Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasıın (AMKA) birgə təşkilatçılığı ilə təşkil edilmiş beynəlxalq layihədə Dünya İslam Kulinariya Birliyinin üzv ölkələrinin nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Dünya İslam Kulinariya Birliyinin qurucusu və rəhbəri Gökhan Tufan islam ölkələrinin fərqli və çox geniş mətbəxə malik olduğunu bildirib və təbliğat işlərində səylərin artırılmasının zəruri olduğunu qeyd edib. Daha sonra çıxış edən Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov Azərbaycanda kulinariyanın keçdiyi yoldan danışaraq Ümummilli lider Heydər Əliyevin Azərbaycan mətbəxinin dünyada tanıdılması istiqamətində verdiyi qərarlar və atdığı addımlar barədə ətraflı məlumat verib, hazırda da bu istiqamətdə mühüm işlərin görüldüyünü söyləyib. O, ölkə başçısı cənab İlham Əliyevin və I vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin vacib bir hissəsi olan bu sahənin inkişafında müstəsna xidmətlərinin olduğunu qeyd edərək təşəkkürünü bildirib. Tahir Əmiraslanov Dünya İslam Kulinariya Birliyinin perspektivi barədə məlumat verərək təşkil edilmiş konqresin mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Millət vəkili Qənirə Paşayeva çıxış edərək mətbəxin mədəniyyətin ən vacib sahələrindən biri olduğunu qeyd edib. Xanım deputat Dünya İslam Kulinariya Birliyinin bütün dünyada islam ölkələrinin mətbəxinin təbliğində mühüm rol oynayacağına inandığını söyləyərək konqres təşkilatçılarına uğurlar arzu edib.

Dünya İslam Kulinariya Konqresində atılmış daha bir önəmli addım isə “Hilal Star” mükafatının təsisi və ilk dəfə təqdim edilməsi olub. Bütün dünyada məşhur olan və restoranların yüksək keyfiyyətini bildirən “Mişlen ulduzu”nun islam analoqu olan bu mükafat ilk dəfə olaraq Sumqayıt şəhərində fəaliyyət göstərən “Turan” restoranına təqdim edilib. 18 iyula qədər davam edəcək tədbir çərçivəsində II Beynəlxalq İslam Kulinariya Çempionatı da təşkil ediləcək. Aşpazlar həm fərdi, həm də komanda şəklində mükafat uğrunda mübarizə aparacaqlar

Qeyd edək ki, “Azərçay” və “Super Sun” markaları daim azərbaycanlı kulinarlara dəstək verərək onların dünyanın müxtəlif ölkələrində təşkil edilən beynəlxalq yarışlarda qələbələr qazanmasında mühüm rol oynayır. İştirak etdikləri beynəlxalq yarışlarda “Super Sun” yağından istifadə edən azərbaycanlı aşpazlar hər zaman ən yüksək mükafatlarla təltif edilirlər. Artıq ölkə hüdudlarını aşaraq dünyanın bir çox ölkəsində istehlakçılar tərəfindən böyük rəğbət qazanmış “Azərçay” markası da mütəmadi olaraq festivallarda kulinarlarımızın əsas dəstəkçilərindən olur, üzərində daşıdığı “Made in Azerbaijan” yazısını layiqincə daşıyaraq ölkəmizi yüksək səviyyədə təmsil edir.

Tarix
2019.07.16 / 16:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Psixoloqdan uşaqlarla bağlı həyəcan təbili – Video

BDU-nun bütün əməkdaşlarına 500 manat veriləcək

Bizə daha zay yemək yedirdilməlidir – Millət vəkili

Bakıda gecə yanğını: FHN 77 nəfəri xilas etdi - Foto

Heydər Əliyev Fondu Tağıyevin evini təmir etdirir

Sabah bu ərazilərə qar yağacaq

Başçı şikayətləri dinlədi, dərhal tapşırıq verdi

Uçan yataqxana sakinləri niyə köçürülmür?

Zeynəb Xanlarova Milli Məclisə niyə gəlmir?

Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla