Yuxarı

Gilan Holdinqdən media gününə sürpriz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə müxtəlif uğurlu layihələrin həyata keçirilməsinə dəstək göstərən Gilan Holdinq proaktiv və öz işini sevən KİV nümayəndələri üçün Milli Mətbuat Gününə həsr olunmuş “Breaking News! Media Weekend 2019” adlı təlim proqramı təşkil edəcək.

Holdinqdən Axar.az-a bildirilib ki, təlimin aparıcısı beynəlxalq media üzrə ekspert və konsultant Fil Vordman olacaq. O, “Sky Nyus”, BBC, “Tomson Röyters”, “ITV Nyus” media qurumlarında 30 ildən çox müxtəlif rəhbər vəzifələrdə çalışaraq, dünya səviyyəsində tədbirlərin planlaşdırılmasını və işıqlandırılmasını həyata keçirib. Bir çox ölkələrdə peşəkar media təlimləri keçirən Fil Vordman Gilan Holdinqin dəvəti ilə ilk dəfə Azərbaycan jurnalistləri ilə öz təcrübəsini bölüşəcək.

20 və 21 iyul tarixlərində, “Pullman” otelində baş tutacaq təlimdə dünya səviyyəsində irimiqyaslı tədbirlərin, biznes və iqtisadiyyat xəbərlərinin işıqlandırılması, məlumatların yoxlanılmasında tətbiq olunan alətlər, mediada rəqəmsal texnologiyaların istifadəsi üzrə ən son həllər müzakirə olunacaq.

Bundan əlavə, müxtəlif tipli xəbərlərin ən effektiv formada yayımlanması, həmçinin aktual hadisələr barədə daima xəbərdar olmağın sirləri və digər maraqlı yeniliklər Fil Vordmanın təqdimatında açıqlanacaq.

Tədbir barədə ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün bu linkə daxil ola bilərsiniz.

Tarix
2019.07.16 / 17:05
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla