Yuxarı

Şəkidəki avtobus qəzası ilə bağlı DYP-dən - Açıqlama

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:14

Şəkidə avtobus qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə Şəkinin Kiş kəndində baş verib.

Məlumata görə, turistləri daşıyan "Sprinter" markalı mikroavtobusla "Opel" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Şəkidə turistləri daşıyan avtobus qəzası ilə bağlı xəstəxanaya müraciət daxil olmayıb.

***

Respublika Dövlət Yol Polisi İdarəsi də Şəkidə baş verən yol nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib.

İdarənin mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev bildirib ki, Şəki şəhərinin Kiş kəndində "Opel astra" markalı 99 RE 355 dövlət nömrə nişanlı minik avtomobili ilə "Mersedes Sprinter" markalı 90 OE 948 dövlət nömrə nişanlı mikroavtobus toqquşub:

"Hadisə 17:30 radələrində baş verib. Toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsinə cüzi ziyan dəyib, xəsarət alan olmayıb. Faktla bağlı artıq araşdırma aparılır. Yəni xırda yol nəqliyyat hadisəsi olduğundan heç bir hərəkət iştirakçısı xəsarət almayıb".

Tarix
2019.07.16 / 21:23
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla