Yuxarı

Zakir Qaralov Səudiyyənin ədliyyə nazirini qəbul etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 16-da Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Dr. Valid bin Mohammad Al-Samaaninin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, görüşdə Zakir Qaralov ölkələrimiz arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənən dostluq və səmərəli əməkdaşlıq münasibətlərindən danışıb, qarşılıqlı etimada və dəstəyə əsaslanan ikitərəfli əlaqələrin inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun rolunu xüsusi vurğulayıb.

Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ardıcıl həyata keçirilən islahatlar haqqında məlumat verən Baş prokuror əhalinin həyat səviyyəsinin və rifahının yüksəlməsinə yönəlmiş sosial-iqtisadi tədbirlər, eləcə də müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsi sisteminin formalaşmasına xidmət edən məhkəmə-hüquq islahatları barədə ətraflı danışıb. Baş prokuror ölkədə mövcud ictimai sabitlik, cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər haqqında söhbət açaraq, bu işdə həm əhali, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən və dünyada artıq Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini xüsusi qeyd edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu, bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün doğma yurdlarından didərgin düşdüyünü qeyd edən Zakir Qaralov bu məsələdə ölkəmizin haqlı mövqeyinə Səudiyyə Ərəbistanı Krallığı tərəfindən göstərilən dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən nazir Dr. Valid bin Mohammad Al-Samaani ölkələrimizin hüquq-mühafizə orqanları arasında mövcud olan sıx əlaqələrdən məmnunluğunu ifadə edib. O, iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış Əməkdaşlıq Proqramının əhəmiyyətindən və hüquq sahəsində fəaliyyət göstərən peşəkarlar üçün ixtisasartırma və təcrübə mübadiləsinin perspektivlərindən danışıb.

Söhbət zamanı Azərbaycan Prokurorluğunun fəaliyyət istiqamətləri barədə məlumat verən Baş prokuror Zakir Qaralov prokurorluq orqanları tərəfindən cinayət işlərinin istintaqı, dövlət ittihamının müdafiəsi və qanunların icrasına nəzarət işinin həyata keçirilməsinin xüsusiyyətlərini qonaqların diqqətinə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən sahələr üzrə səmərəli fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb, konkret mövzularda ətraflı fikir mübadiləsi aparılıb.

Tarix
2019.07.16 / 18:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla