Yuxarı

BMTM-də müşavirə: diplomatlar müzakirə apardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 15-16-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirə çərçivəsində regional və tematik mövzular üzrə seminar müzakirələr keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Xarici İşlər nazirinin müavinləri Xələf Xələfov, Ramiz Həsənov, Mahmud Məmməd-Quliyev, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, ölkəmizin xaricdə akkreditə olunmuş diplomatik nümayəndəliklərimizin rəhbərləri, eləcə də XİN-in digər rəsmiləri iştirak ediblər.

Müzakirələr zamanı xarici siyasətimizin müxtəlif aspektləri və üzləşdiyi çağırışlar barədə geniş fikir mübadiləsi aparılıb. Xarici siyasət sahəsində işin səmərəliliyinin artırılması və əlaqələndirmənin gücləndirilməsi məqsədilə tövsiyələr hazırlanıb.

Eyni zamanda, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Mərkəzin fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Sonda bu tədbirin keçirilməsinə görə iştirakçılar tərəfindən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə və onun rəhbərinə təşəkkür ifadə edilib.

Tarix
2019.07.16 / 21:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla