Yuxarı

Azərbaycanı sel “aparır”, ancaq Bakıya damcı düşmür...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yay bölgələrdə leysan xarakterli yağıntıların çox olması müşahidə edilib. Buna baxmayaraq, paytaxtımıza demək olar ki, yağış yağmır, yalnız küləkli hava şəraiti hökm sürüb.

Bu cür hava şəraitinin Bakı üçün nə dərəcədə xarakterik olub-olmaması barədə Axar.az-a danışan Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Quliyev bildirib ki, Bakının iqlimi rayonlarımızın iqlimindən fərqlənir.

“Son illər Yer kürəsində iqlim dəyişiklikləri baş verir. Bunların hamısı qlobal problemlərlə əlaqədardır. Bunu yalnız Azərbaycanla, Bakı ilə əlaqələndirmək doğru olmaz. Azərbaycanın iqlim şəraitini daha çox ətraf regionların iqlimi müəyyən edir. Bakıda əsasən Xəzər dənizindən, şərqdən gələn hava kütlələri hökm sürür. Xəzər dənizi sahilindəki regionların hava şəraitinə şimal iqlimi və eyni zamanda cənub iqlimi təsir edir. Qərb bölgələrimizə isə Qara dənizin subtropik iqlimi müəyyən dərəcədə təsir edir. Burada digər hallarda isə yarımsəhra iqlimi hökm sürür”, - ekspert bildirib.

C.Quliyev ölkəmizdə şimal iqliminin təsirinin zəif olmasının səbəbinin Böyük Qafqaz sıra dağlarının Azərbaycanın əsas hissəsini şimal iqliminin təsirindən müəyyən qədər mühafizə etməsi ilə əlaqədar olduğunu bildirib.

Tarix
2019.07.17 / 00:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla