Yuxarı

Bakıda avtoriteti öldürənlərin həbs anı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 7-də Bakıda küçədə güllələnən kriminal aləm üzvü Mübariz Budaqlını qətlə yetirənlərin tutulma anı polisin nəzarət kamerasına düşüb.

Criminal.az-ın əldə etdiyi videogörüntüdə elə həmin gün yol polisləri tərəfindən təqib olunan şübhəli şəxslər – Taleh Cəlalov və Vüsal Hüseynovun saxlanılma anı videolentə alınıb.

Binəqədi rayonu Azadlıq prospektində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Cəlalov həmyerlisi Vüsal Hüseynov tərəfindən idarə edilən BMV markalı avtomobillə sərnişin kimi gedən zaman Pirşağı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mübariz Budaqlının sərnişin qismində getdiyi Nazim Qədirovun idarə etdiyi "Mersedes” markalı avtomobili təqib edib.

Yaranmış tıxacdan istifadə edən T.Cəlalov tüfəngdən açdığı atəşlə M.Budaqlını qətlə yetirib hadisə yerini tərk edib. Bu zaman Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları polis serjantları Murad Əzizli, Ramin Əsgərov, Mehdi Hacıyev şöbənin rəisi Mərdan Əliyevin göstərişi əsasında M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində süni tıxac yaradaraq həmin şəxslərin idarə etdiyi avtomobili saxlayıblar.

Hadisəni törətməkdə şübhəli bilinən T.Cəlalov və V.Hüseynov tutulub. T.Cəlilovdan cinayəti törədərkən istifadə etdiyi 1 ədəd lüləsi kəsilmiş İJ-16 markalı tüfəng götürülüb.

Tarix
2019.07.17 / 16:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla