Yuxarı

İspaniyadan gətirilən tinglər məhv edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən fitosanitar nəzarət tədbirləri zamanı İspaniyadan Azərbaycana idxal edilən 13271 ədəd badam tingində xüsusi təhlükəli xəstəlik bakterial fır (Agrobacterium tumefaciens E. Sm. et Towns) aşkar edilib.

Agentlikdən Axar.az-a verilən məlumata görə, aşkar edilən xəstəliyin təhlükəliliyi nəzərə alınaraq respublika ərazisində yayılmasının qarşısını almaq məqsədi ilə badam tingləri Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda yandırılaraq məhv edilib.

Qeyd edək ki, bakterial fır yoluxucu xəstəlik hesab edilir, bitkilərin köklərinə mexaniki zədələnmələr, zərərvericilərin təsiri və köklərin inkişafı zamanı qabıqların çatlaması yolu ilə daxil olur. Kökə daxil olmuş bakteriyaların təsiri nəticəsində kök toxumalarının hüceyrələri sürətlə bölünüb böyüyərək xərçəng şişkinliyi əmələ gətirir.

Bu bakteriya 18 fəsilədən çox bitkilərdə parazitlik edir (çuğundur, kələm, pomidor, günəbaxan, üzüm, qərənfil, qızılgül, söyüd və s.), tumlu, çəyirdəkli və giləmeyvə bitkilərinin tinglərini daha çox sirayətləndirir və nəticədə bitkilərin məhvinə gətirib çıxarır.

Sözügedən xəstəliyə qarşı mübarizə aparmaq məqsədi ilə torpağa fosfor və kalium gübrələrinin verilməsi tövsiyə olunur.

Tarix
2019.07.18 / 20:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla