Yuxarı

Balaban Yaponiyada "erməni aləti" kimi təbliğ olunur - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər Azərbaycan musiqisi və balabanla bağlı saxtakarlığa bu dəfə yaponları cəlb ediblər.

Report xəbər verir ki, sosial şəbəkədə yapon Kento Sudzuki və Yasutka Taruminin balabanla ifası yayılıb. Onlar “Şur” müğamının ladında müəyyən gəzişmələr ediblər.

Ermənilər bunu “Dili yaman” (“Dle yaman”) erməni xalq mahnısı kimi təqdim etməklə bu dəfə yapon musiqiçiləri saxtakarlıqlarının iştirakçısına çeviriblər.

Balaban ifaçısı Kento Sudzuki cari il iyunun əvvəlində Ermənistanda keçirilən “Yeni adlar” XI beynəlxalq yeniyetmə ifaçılar festivalında iştirak edib.

Yapon balabançının ifasına münasibət bildirən mütəxəssislər bildiriblər ki, ermənilər yenə də Azərbaycan musiqisi və balabanı ilə bağlı saxtakarlıq ediblər. Mütəxəssislərin sözlərinə görə, Kento Sudzuki “Şur” muğamını çalmağa səy göstərib: “Onun balabanda ifa etməsi yaxşı hadisədir. Ancaq o, bu nəfəs alətində mükəmməl ifa etmək üçün Azərbaycan musiqisini öyrənməlidir. Əks halda, ermənilər özünküləşdirdikləri Azərbaycan musiqisini ona öyrədəcəklər. Bu da yarımçıq olacaq. Başqa sözlə, balabandan çıxan nəfəs musiqiyə deyil, onun şarjına oxşayacaq. Kento Sudzukinin erməni mahnısı adı ilə bu ifası da yarımçıq musiqidir”.

Tarix
2019.07.18 / 22:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla