Yuxarı

Azərbaycan İranla saziş imzalayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və İran Gömrük Xidməti arasında gömrük sahəsində informasiyaların mübadiləsi və vahid pəncərə sisteminin tətbiqi ilə bağlı memorandum imzalanacaq.

Trend-in verdiyi məlumata görə, bu məsələ Tehranda iki ölkənin gömrük xidmətləri arasında müzakirə olunub.

Məlumatda bildirilir ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev və Dövlət Gömrük Komitəsinin Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev Tehranda səfərdədir.

Səfər çərçivəsində onlar bir sıra görüşlər keçirib və iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələsini müzakirə ediblər.

İqbal Babayev və Dilavər Fərzəliyev bazar günü Tehranın qərbində gömrük postunda olublar.

Qeyd edək ki, İran Gömrük Xidmətinin rəhbəri Məsud Kərbasiyan sentyabrın 29-dan oktyabrın 2-dək Azərbaycanda səfərdə olub.

Tarix
2014.12.30 / 11:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla