Yuxarı

Bakıda daha bir biabırçı çörək sexi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb.

AQTA-dan Axar.az-a verilən məlumata görə, sözügedən sex Bakı şəhəri, Binəqədi rayonu, Yəhya Hüseynov küçəsi, ev 98 ünvanında yerləşir və Ələkbər Zahid oğlu Qəmbərova məxsusdur.

Qanunsuz fəaliyyət göstərən çörək sexinə ilkin baxış keçirilərkən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Baxış zamanı müəyyən edilib ki, sexdə istifadə olunan xammalların mənşəyi məlum deyil, eləcə də çörəklər temperatur rejimi gözlənilmədən saxlanılır, hazır məhsullar laborator analizlərdən keçirilmir və dezinfeksiya işləri aparılmadığından istehsal sahəsində gəmiricilər mövcuddur.

Müəssisədə ilkin emal və soyutma sahəsi olmadığından unun ələnmədən birbaşa xəmir-qarışdırıcıya töküldüyü, çörəklərin açıq hava şəraitində rəflərə yığıldığı müəyyən edilib.

Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və çörək istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Tarix
2019.07.19 / 14:52
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla