Yuxarı

Kamal Abdulla jurnalistləri ADU-ya topladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Media nümayəndələri iyulun 19-u Azərbaycan Dillər Universitetində (ADU) mükafatlandırılıb.

Axar.az xəbər verir ki, ADU-nun rektoru, xalq yazıçısı, akademik Kamal Abdulla ADU ilə əməkdaşlıq edən bütün jurnalistlərə təşəkkürünü bildirib.

“Universitetimizə obyektiv, xoş münasibət göstərən jurnalistlərə təşəkkürümü bildirirəm. Obyektiv jurnalist baxışını həmişə yanımızda hiss etmişik. Azərbaycan Dillər Universitetinin qapıları medianın üzünə hər zaman açıq olub, əlbəttə, bundan sonra da belə olacaq”.

Elmi işlər üzrə prorektor, dosent Sevinc Zeynalova 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən yaradılan ilk qəzetin - “Əkinçi”nin həmin xalqın maarriflənməsində, yenilik və bəşəri ideyaların təbliğində mühüm rol oynadığını söyləyib.

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Tamam Cəfərova isə “Əkinçi”dən başlayan, “Molla Nəsrəddin”lə möhkəmlənən bu şərəfli və çətin yolun müstəqillik illərində davam etdirildiyini və dünya mətbuatı səviyyəsinə çatdırıldığını söyləyib.

ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı tələbə həyatına önəm verən, obyektiv şəkildə sayt və qəzetlərdə xəbərləri dərc edən media nümayəndələrinə təşəkkürnamənin verilməsinin böyük qürur olduğunu diqqətə çatdırıb.

Tədbirdə Azərbaycanın ictimai fikrinə kifayət qədər təsir edə bilən jurnalistlərin toplaşdığını deyən “İki Sahil” qəzetinin baş redaktoru V.Rəhimzadə ADU-nun rektoru Kamal Abdullanın cəmiyyətə açıq insan olduğunu söyləyib.

Sonda ölkənin bir sıra sayt və qəzet əməkdaşlarına təşəkkürnamə və hədiyyələr təqdim olunub.

Xarici İşlər Nazirliyinin protokol şöbəsinin nümayəndəsi tədbirə qatılaraq Kamal Abdullanı fərqlənmə nişanı ilə təltif edib və rektorun tələbəsi olduğunu vurğulayıb.

Tarix
2019.07.19 / 16:51
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla