Yuxarı

"İdeal" mağazalar şəbəkəsi cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Bazarlarına Nəzarət Palatası İdeal Kompani MMC-ni 1303 ABŞ dolları cərimələyib.

Report-un xəbərinə görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub.

İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

İdeal Kompani MMC-nin 26.060,31 avro məbləğində xarici valyuta vəsaitinin 20% məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qərarından tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, İdeal Kompani MMC parfümeriya və kosmetika satışını həyata keçirən mağazalar şəbəkəsinə sahibdir. Şəbəkəyə 15 mağaza daxildir.

Tarix
2019.07.20 / 12:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla