Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Noyabr 2019


İlham Əliyev Yanes Kosyançiçlə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiçi qəbul edib.

Axar.az xəbər verir ki, Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirib. Yanes Kosyançiç XV Avropa Gənclər Yay Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək bu tədbirin böyük önəm daşıdığını və gələcək Olimpiya medallarının qazanılması üçün çox yaxşı hazırlıq prosesi olduğunu deyib. Yanes Kosyançiç Azərbaycanın beynəlxalq idman aləmində güclü mövqelərə malik olduğunu deyərək bu işlərdə Prezident İlham Əliyevin rolunu xüsusi vurğulayıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsi ilə bağlı hazırlıq işlərinin tamamlandığını qeyd etdi və bu tədbirin önəmini vurğuladı. Dövlətimizin başçısı idmanın Azərbaycanda prioritet sahələrdən biri olduğunu bildirərək idmançılarımızın beynəlxalq yarışlarda böyük nailiyyətlər qazandığını və Azərbaycanda mühüm beynəlxalq idman tədbirlərinin uğurla keçirildiyini qeyd edib.

Sonra Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.

Tarix
2019.07.20 / 14:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Zərdabda 4 kəndin yolu yenidən quruldu

Əhalimiz ticarət şəbəkələrində nə qədər pul xərcləyib?

Bu gündən məktəblilərin payız tətili başlayır

Bir sıra istixanaların fəaliyyəti dayana bilər - Video

Generaldan plyonka göstərişi: Cərimə yazmayın! - Foto

Mehriban Əliyeva geri qayıtdı, onu yanına çəkdi və...

Bundan daha səfeh bəyanat təsəvvür etmək olmaz - Prezident

Kirill İçərişəhəri ziyarət etdi - Foto

“Axırıncı aşırım” filmində gözdən qaçan səhnə - Video

Ordu təlimlərinin sonuncu mərhələsi keçirildi - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla