Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Avqust 2019


Nazir müşavirə keçirdi, göstərişlər verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 20-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik, birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Axar.az xəbər verir ki, Müdafiə naziri tədris ilinin sonunadək qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə döyüş hazırlığı üzrə məşqlərin direktiv və təlimatlara uyğun daha da səmərəli təşkili, rəhbəredici sənədlərin dərindən öyrənilməsi və tətbiqi, eləcə də Ordumuzda peşəkarlığın artırılmasına yönəlmiş digər tədbirlərin keçirilməsi ilə bağlı fikirlərini müşavirə iştirakçılarına çatdırıb.

Ölkə prezidentinin tapşırığına əsasən bu ilin sonunadək Azərbaycan Ordusunun, xüsusilə cəbhəboyu zonada yerləşən bölmələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bir neçə hərbi obyektin istifadəyə veriləcəyini bildirən general-polkovnik Z.Həsənov gələcəkdə də bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini qeyd edərək, görülən işlərin müasir tələblərə uyğun aparılması ilə əlaqədar vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

Qoşunların gizli və fasiləsiz idarə olmasını tələb edən Müdafiə naziri təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması, döyüş hazırlığının daha keyfiyyətli təşkili, ideoloji işin və mənəvi-psixoloji təminatın gücləndirilməsi və digər xidməti məsələlərin həlli ilə bağlı tapşırıqlar verib.

Nazir həmçinin hava şəraitini nəzərə alaraq şəxsi heyətin sağlamlığına diqqətin artırılması və hərbi hissələrdə yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi barədə də göstəriş verib.

Müşavirənin sonunda Müdafiə naziri sayıqlığın artırılması və təhlükəsizliyin təmin edilməsi, Ermənistan tərəfinin törədə biləcəyi hər bir təxribata hazır olmaq məqsədilə kəşfiyyat fəaliyyətinin gücləndiririlməsi və düşmənə qarşı adekvat cavab tədbirlərinin görülməsi barədə əmr və tələblərini müşavirə iştirakçılarına çatdırıb.

Tarix
2019.07.20 / 15:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ərdoğan Türkiyəni sarsıdan qətldən danışdı: Edam...

Rusiya vətəndaşları Goranboyda qəzaya düşdü

Mehriban xanım tapşırdı, şəhid ailəsinə ev verildi

Sabahın hava proqnozu açıqlandı

İsmayıllıda yas mərasimində ev uçdu: 10 yaralı

Naxçıvan qarnizonu qərargah təlimlərinə başladı - Video

Qabil Hüseynlinin musiqiçi qızı - Mətin pilot xanımı

Oğuzda meşələr yanır: təyyarə və helikopterlər göndərildi

Qubada başlayan meşə yanğını söndürüldü

Dəhşətli isti: Qaxda yol polisi sürücülərə su payladı - Foto

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla