Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Noyabr 2019


DGK "artıq ödəniş" iddialarına cavab verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra kütləvi informasiya vasitələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda sahibkara maneə yaradıldığına dair həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb. Belə ki, məlumatda Azərbaycan Respublikası vətəndaşı Sənan Nağıyevin ölkə ərazisinə gətirdiyi mobil telefonların "Qırmızı Körpü" gömrük postunda saxlanıldığı və onlardan mallara aid sənədlərdə nəzərdə tutulduğundan artıq gömrük ödənişlərinin tələb olunduğu iddia edilir.

Dövlət Gömrük Komitəsindən Axar.az-a bildirilib ki, Sənan Nağıyev cari ilin may ayının 22-də ölkə ərazisinə 200 ədəd müxtəlif markalı mobil telefonlar gətirib və həmin malların dəyərinin 32100 ABŞ dolları olduğunu bəyan edib. Müvəqqəti saxlanca götürülən malların gömrük rəsmiləşdirilməsi prosesində aparılan araşdırma zamanı onların dəyərinin aşağı göstərildiyi, real dəyərin 46 080 ABŞ dolları təşkil etdiyi müəyyən edilib və bu barədə Sənan Nağıyevə məlumat verilib. Buna etiraz edən Sənan Nağıyev şikayət ərizəsi ilə Dövlət Gömrük Komitəsinə müraciət edib. Müraciətin araşdırılması prosesində Sənan Nağıyev dəfələrlə Dövlət Gömrük Komitəsinə dəvət edilsə də, o, edilən müraciətə məhəl qoymayaraq Komitəyə gəlməkdən boyun qaçırıb.

Cari ilin iyun ayının 18-də isə həmin şəxs könüllü olaraq gətirdiyi telefonları sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirib və 28514 manat 80 qəpik məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin edilib.

Aparılan araşdırma zamanı Sənan Nağıyev və onun idxal etdiyi mallara münasibətdə gömrük orqanları və onun əməkdaşlarının qanun pozuntusuna, kobud və ya qeyri-etik davranışa yol vermədiyi müəyyən edilib.

Tarix
2019.07.20 / 16:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Zərdabda 4 kəndin yolu yenidən quruldu

Əhalimiz ticarət şəbəkələrində nə qədər pul xərcləyib?

Bu gündən məktəblilərin payız tətili başlayır

Bir sıra istixanaların fəaliyyəti dayana bilər - Video

Generaldan plyonka göstərişi: Cərimə yazmayın! - Foto

Mehriban Əliyeva geri qayıtdı, onu yanına çəkdi və...

Bundan daha səfeh bəyanat təsəvvür etmək olmaz - Prezident

Kirill İçərişəhəri ziyarət etdi - Foto

“Axırıncı aşırım” filmində gözdən qaçan səhnə - Video

Ordu təlimlərinin sonuncu mərhələsi keçirildi - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla