Yuxarı

İran sözünə əməl etməlidir - Hant

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Xarici İşlər naziri Ceremi Hant iranlı həmkarı Məhəmməd Cavad Zəriflə iki ölkə arasında gərginliyə səbəb olan neft tankerlərinin saxlanılmasını müzakirə edib.

Axar.az xəbər verir ki, bu barədə Hant Tvitter səhifəsində məlumat paylaşıb. O, rəsmi Tehranın ötən şənbə gərginliyin azaldılması ilə bağlı verdiyi təminatın əksinə hərəkət edərək, onları xəyal qırıqlığına uğratdığını bildirib. C.Hant İran tərəfinin verilən sözə əməl etməsi gərəkdiyini deyib.

İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda isə İran tankerinin Cəbəllütariqdə qanunsuz şəkildə saxlanıldığı, məsələnin qaydalara və beynəlxalq hüquqa uyğun şəkildə həll edilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, bundan öncə Britaniya İran tərəfindən iki tankerinin saxlanıldığını desə də, rəsmi Tehran bunu təkzib etmişdi. Sonradan İranın həqiqətən Liberiya bayrağı altında üzən “Məsdar” gəmisini saxladığı da üzə çıxmışdı.

Tarix
2019.07.20 / 22:17
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla